Kür çayının aşağı hissəsində su keyfiyyəti ilə bağlı problemlər aşkarlanıb
- 12 sentyabr, 2025
- 12:55

Kür çayının aşağı hissəsində suyun keyfiyyət göstəricilərində problemlər qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, quraqlıq və su həcminin azalması dəniz sularının çaya daxil olmasına səbəb olur və bu da ekoloji risklər yaradır.
R. Verdiyev əlavə edib ki, suyun keyfiyyətini qorumaq üçün müvafiq layihələr və tədbirlər həyata keçirilir.