Komitə: Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası sökülməyəcək
İnfrastruktur
- 06 oktyabr, 2025
- 12:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi media və sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi, 4 ünvanında yerləşən yaşayış binasının söküləcəyi ilə bağlı yayılan videogörüntülərə və məlumatlara münasibət bildirib.
"Report"un məlumatına görə, Komitə bəyan edib ki, 1903-cü ildə inşa edilmiş bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib.
Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.
"Komitə dəfələrlə vurğulayıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.
Son xəbərlər
13:45
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar sentyabrda 44 % azalıb
İKT13:40
Hindistanda Rusiya ilə birgə hərbi təlimlər başlayıb
Digər ölkələr13:40
Netanyahu Mərvan Bərqutinin azad edilməsini istisna edib
Digər ölkələr13:36
Bakıda V "Qələbə qaçışı" təşkil ediləcək
Fərdi13:32
Viktor Orban TDT-nin Zirvə Görüşündə iştirak etmək üçün Qəbələdə səfərdədir
Xarici siyasət13:29
Çində 137 turist dağda köməksiz vəziyyətdə qalıb, bir nəfər ölüb
Digər ölkələr13:26
Gəncədə avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə13:25
"Barselona"nın hücumçusu zədələnib
Futbol13:22
Video