"Kazmortransflot" ötən il Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb
İnfrastruktur
- 14 yanvar, 2026
- 10:27
"Kazmortransflot" ("Kazmunaygaz"ın törəmə şirkəti, KMG) 2025-ci ildə Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb.
Bu barədə "Report" KMG-yə istinadən xəbər verir.
"Ötən ilin yekunları üzrə, KMG-nin törəmə şirkəti Xəzər dənizi ilə konteyner daşımalarında davamlı artım nümayiş etdirərək Qazaxıstanın tranzit-nəqliyyat potensialının inkişafında mövqelərini möhkəmləndirib. Belə ki, ötən il Aktau-Bakı-Aktau fider xətti üzrə 59,4 min TEU (20 fut ekvivalentində) konteyner daşınıb. Bu göstərici 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 %-dən çoxdur", - məlumatda qeyd edilib.
Bildirilib ki, bununla bağlı müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımalara tələbatın artması ilə əlaqədardır.
Son xəbərlər
21:53
Foto
Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Elm və təhsil21:50
Banqladeşin müvəqqəti hökuməti istefa verib
Digər ölkələr21:38
ABŞ və Qətər strateji münasibətlərin inkişafını müzakirə ediblər
Digər ölkələr21:25
George Çixradze: "Sabah" və "Qəbələ" Premyer Liqada fərqli məqsədlər uğrunda mübarizə aparır"
Futbol21:24
Aİ İran və ABŞ arasında problemin diplomatik həllini müsbət qarşılayıb
Digər ölkələr21:02
Video
Azərbaycan Prezidentinin Serbiyaya səfərinə dair videoçarx paylaşılıb
Daxili siyasət21:01
Françesko Totti "Roma"ya qayıtmaq ehtimalını təsdiqləyib
Futbol20:42
"Sabah"ın baş məşqçisi: "Qəbələ" bəlkə də bu gün bir xala layiq idi"
Futbol20:40