Kanada WUF13-də "15 dəqiqəlik şəhər" konsepsiyasını təqdim edib

İnfrastruktur
  • 21 may, 2026
  • 14:23
Kanada WUF13-də 15 dəqiqəlik şəhər konsepsiyasını təqdim edib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Kanadanın şəhər planlaşdırılması və inkişafı sahəsində təcrübəsi nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu ölkənin təcrübəsini Kanada İpoteka və Mənzil Korporasiyasının (CMHC) mütəxəssisi Maykl Oram təqdim edib.

Forumda Kanada nümunələrinin əsas istiqamətləri bunlar olub: "15 dəqiqəlik şəhər" modeli - bütün zəruri infrastrukturun (iş yerləri, ticarət nöqtələri, təhsil müəssisələri, yaşıl zonalar) piyada gedişi məsafəsində yerləşdiyi və bununla da şəxsi nəqliyyatdan asılılığı azaltmağa imkan verən rayonların formalaşdırılması üzrə Toronto və Vankuver təcrübəsi; iqlim çağırışlarına uyğunlaşma - "yaşıl damlar"ın quraşdırılması, səmərəli suaxıtma sistemlərinin tətbiqi və şəhər infrastrukturunun ekstremal hava hadisələrinə uyğunlaşdırılması üzrə təşəbbüslər; əlçatan və inklüziv mənzil - sosial mənzillərin müasir yaşayış komplekslərinə inteqrasiyası yanaşmaları.

Qeyd edək ki, mayın 22-dək davam edəcək forumda iştirak etmək üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

44 - Tezliklə