İqtisadiyyat Nazirliyinin Kollegiyası əmlak sahəsində yeni qərar qəbul edib

İnfrastruktur
  • 31 oktyabr, 2023
  • 06:28
İqtisadiyyat Nazirliyinin Kollegiyası əmlak sahəsində yeni qərar qəbul edib

“İqtisadiyyat Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi Qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələblər” təsdiq edilib.

"Report" xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarı nazir Mikayıl Cabbarov imzalayıb.

Yeni qərarla daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin təqdim edilməsi zamanı qarşılıqlı əlaqənin təmin edilməsi, ödənişlər, real vaxt rejimində əldə edilən məlumatların və sənədlərin təhlükəsizliyinin təmin olunması, uyğunsuzluqların aradan qaldırılması, mübahisələrin həlli yolları müəyyən edilib.

Bundan başqa, qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin tərkibində 18 ərazi idarəsində hüquqi hərəkətlərinə görə dövlət rüsumunun ödənilməli olduğu hesablar formalaşdırılıb.

M.Cabbarovun digər qərarı ilə isə ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 14 fevral 2014-cü il tarixli “Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Nazirliyin Hüquq Şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

44 filmi