İlqar İsbatov: "Xankəndi, Ağdərə, Xocavənd və Xocalının baş planları hazırlanıb"

İnfrastruktur
  • 14 oktyabr, 2025
  • 13:13
İlqar İsbatov: Xankəndi, Ağdərə, Xocavənd və Xocalının baş planları hazırlanıb
İlqar İsbatov

Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin baş planlarının hazırlanması yekunlaşıb və razılaşdırılma mərhələsindədir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh–2025" – 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində deyib.

"Yaxın vaxtlarda təsdiqləndikdən sonra həmin ərazilərdə tikinti və quruculuq işləri məhz bu planlar əsasında ardıcıl şəkildə həyata keçiriləcək", - İ. İsbatov bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə planlama işləri sıfırdan aparılıb:

"Ərazilərin öyrənilməsi, dəyərləndirilməsi, yeni məskunlaşma yerlərinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl və effektiv işlər görülüb. Bütün dövlət qurumları ilə, o cümlədən məşğulluq və iqtisadi aspektlərlə bağlı məsul qurumlarla sıx əməkdaşlıq edilib".

İ. İsbatovun sözlərinə görə, planlama sənədləri üç mərhələdən ibarətdir – ümumi planlar, baş planlar və müfəssəl planlar:

"Artıq bütün işğaldan azad olunmuş ərazilərin ümumi planı hazırlanıb, 8 şəhərin baş planı təsdiqlənib".

Son xəbərlər

Bütün Xəbər Lenti