ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb

İnfrastruktur
  • 16 iyun, 2026
  • 15:18
ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb

Mərkəzi Asiya yaxın illərdə Şərqlə Qərb arasında ən mühüm əlaqələndirici elementə çevriləcək.

"Report" xəbər verir ki, bu barədə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) birbaşa investisiyalar departamentinin aparıcı eksperti Mostafa Məhəmməd Əl-İsgəndərani Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş forumda bildirib.

O vurğulayıb ki, region bunun üçün bütün zəruri şərtlərə – əhəmiyyətli təbii sərvətlərə, gənc və əmək qabiliyyətli işçi qüvvəsinə, eləcə də strateji cəhətdən əlverişli coğrafi mövqeyə malikdir.

"Geosiyasi transformasiyalar və dövlətlərin daxili bazarlara meylinin artması şəraitində enerji və ərzaq təhlükəsizliyi, eləcə də təchizat zəncirlərinin etibarlılığı məsələləri getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu da, öz növbəsində, Mərkəzi Asiya regionunda fəaliyyət göstərən inkişaf institutları üçün yeni perspektivlər yaradır. Yaxın beş il ərzində Mərkəzi Asiya Şərqlə Qərb arasında qlobal kommunikasiya sistemində əsas mövqe tutacaq", - Əl-İsgəndərani qeyd edib.

44 filmi