Heydər Əliyev prospektində yol yenidən bağlanır
İnfrastruktur
- 01 avqust, 2015
- 10:33
Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Bakının Heydər Əliyev prospektinin yan yollarında, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor” yol qovşağınadək olan hissədə hər iki hərəkət istiqaməti üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bununla əlaqədar qeyd edilən müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.
Son xəbərlər
04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49