ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Digər ölkələr
  • 19 avqust, 2026
  • 01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

ABŞ İranla müharibənin bitməsindən sonra Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib.

Nəşr qeyd edir ki, Pentaqon son aylarda ABŞ-nin iri bazalarının İranın hücumlarına məruz qaldığı Fars körfəzi ölkələrindəki qoşunlarının azaldılması imkanlarını qiymətləndirir. Nəzərdən keçirilən variantlardan biri zədələnmiş obyektləri bərpa etmək əvəzinə, bəzi qüvvələrin qərbə - İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanına köçürülməsidir.

Mümkün variantların təhlilində Pentaqonun Siyasi Məsələlər İdarəsi, Birgə Qərargah Rəisləri Komitəsi və ABŞ Mərkəzi Komandanlığı iştirak edir.

Bununla belə, hərbi mövcudluğun azaldılması ilə bağlı yekun qərar hələ verilməyib.