Güclü qar Cəlilabad və Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb
İnfrastruktur
- 14 yanvar, 2024
- 08:15
Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.
"Report"un Muğan bürosunun məlumatına görə, yanvarın 13-ü günorta saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad şəhəri ərazisində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Rayonun bəzi yerlərində qarın hündürlüyü 50 sm-i keçib.
Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, rayon mərkəzində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Elektrik enerjisinin verlişində bəzi ərazilərdə fasilələr yaranıb.
Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Bölgədə qar yağışı davam edir.
Son xəbərlər
13:10
Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
Region13:08
AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
Biznes13:03
Həsən Həsənli: "AI-ın tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını sürətləndirəcək"
İKT12:55
Foto
Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk"
Biznes12:53
Foto
Video
Qaradağda vulkan püskürüb - ƏLAVƏ OLUNUB
Ekologiya12:51
Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
Fərdi12:40
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır
Turizm12:36
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Ekologiya12:35