GİZ müşaviri: "Xarkovda yeraltı məktəblər yaradılıb"
- 21 may, 2026
- 17:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Xarkov şəhərində yeraltı məktəblər yaradılıb.
"Report" xəbər verir ki, bunu Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Ukraynada şəhər dayanıqlılığının, infrastruktur və mənzil sahələrinin gücləndirilməsi üzrə milli müşaviri Mariya Kostenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Xarkovda yeraltı məktəblər və sığınacaqların yaradılmasına dəstək göstərilib: "Layihə çərçivəsində üç yeraltı məktəb və bir uşaq bağçası mebel və İT avadanlıqları ilə təmin olunub. Bundan əlavə, üç məktəbdə yeraltı sığınacaqlar yaradılıb. Bu layihələr sayəsində təxminən 3 min şagird və müəllim ənənəvi təhsil prosesini davam etdirə bilir".
O əlavə edib ki, Xarkov universitetləri hava hücumlarından sonra bərpa olunur: "Layihələr çərçivəsində Xarkovun ali təhsil müəssisələrinin bərpasına dəstək verilib. Karazin adına Xarkov Milli Universitetində hava hücumları nəticəsində zədələnmiş pəncərələr yenilənib. Kotlyarevski adına Xarkov Milli İncəsənət Universitetinə də dəstək göstərilib".