Frank D'hondt: Şəhərsalmanın gələcəyi üçün əsas prioritet peşəkarlığın artırılmasıdır
- 21 may, 2026
- 16:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərsalmanın gələcəyi üçün əsas prioritet peşəkarlığın artırılmasıdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Şəhər və Region Planlaşdırıcıları Cəmiyyətinin keçmiş baş katibi Frank D'hondt WUF13 çərçivəsində "Qlobal boşluqlarını aradan qaldıraraq hər yerdə adekvat və dayanıqlı mənzilləri necə təmin edə bilərik?" mövzusunda keçirilən sessiyada deyib.
Onun sözlərinə görə, BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) 2030-cu ilədək bütün ölkələrdə inklüziv və dayanıqlı şəhərləşməni, dayanıqlı insan məskənlərinin planlaşdırılması, idarə olunması üçün potensialın gücləndirilməsini nəzərdə tutur:
"Memarlar, mühəndislər və bütün sahələr üzrə mütəxəssislər bir çətir altında birləşsə də, bu işi görmək üçün nə say, nə də bacarıq baxımından yetərli sayda deyilik. Ona görə də bu gün gələcəyə davamlı planlaşdırmada əsas çağırış daha yaxşı potensialın yaradılmasıdır. Planlaşdırma bacarıqları həm sosial, həm də məkan baxımından daha geniş şəkildə əlçatan olmalıdır. Nəticə etibarilə, şəhər və məskunlaşma üzrə mütəxəssislər həm qərarvericilərə, həm də vətəndaş cəmiyyətinə dəstək verərək böyük şəhərləri əlçatan, inklüziv, dayanıqlı, təhlükəsiz etmək üçün əsas aktorlardır".
Onun sözlərinə görə, UN-Habitatın 2026–2029-cu illər üçün yeni strateji planı, təxminən bir il əvvəl təsdiqlənib və onun mərkəzində hər kəs üçün mənzil, torpaq və əsas xidmətlər dayanır: "Bu da bugünkü müzakirənin əsas çağırışıdır".