Fiona MakKlani: Mənzil böhranı artıq ayrı-ayrı dövlətlərin problemi deyil
- 22 may, 2026
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil böhranı artıq ayrı-ayrı dövlətlərin problemi deyil və qlobal səviyyədə şəhər aqlomerasiyalarının idarə olunmasına yeni yanaşmalar tələb edir.
"Report" xəbər verir ki, bu barədə "UN-Habitat"ın "Global Solutions Division" bölməsinin nümayəndəsi Fiona MakKlani Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzillərin əlçatanlığı, qeyri-rəsmi tikinti, iqlim riskləri və məcburi köçkünlük məsələləri bu gün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri əhatə edir.
"Mənzil problemləri artıq yalnız bir bələdiyyə çərçivəsində həll edilə bilməz", - o deyib.
MakKlani qeyd edib ki, müasir aqlomerasiyaların sakinləri çox vaxt bir bələdiyyədə yaşayır, digərində işləyir və ortaq nəqliyyat və sosial infrastrukturdan istifadə edirlər, buna görə də mənzil siyasəti əlaqələndirmə tələb edir.