Fedeli: Meqapolislərin inkişafı üçün yeni idarəetmə mexanizmləri lazımdır

İnfrastruktur
  • 22 may, 2026
  • 10:38
Fedeli: Meqapolislərin inkişafı üçün yeni idarəetmə mexanizmləri lazımdır

Meqapolislərin səmərəli inkişafı üçün yeni idarəetmə mexanizmləri və müxtəlif hökumət səviyyələri ilə regionlar arasında uzunmüddətli razılaşmalar zəruridir.

"Report" xəbər verir ki, bu barədə Milan Texniki Universitetinin professoru Valeriya Fedeli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, müasir şəhər aqlomerasiyaları (metropolitan areas) yalnız institusional islahatlarla deyil, həm də mərkəzi və periferiya ərazilərinin maraqlarını birləşdirməyə qadir olan ümumi məkan inkişafı strategiyası ilə ehtiyac duyur.

"Aqlomerasiyalar yeni parçalanma mənbəyi deyil, ərazi birliyinin aləti olmalıdır", - o deyib.

Fedeli əlavə edib ki, meqapolislərin inkişafına sektorlararası yanaşma mənzil, infrastruktur, iqlim, iqtisadiyyat və sosial siyasət məsələlərini eyni vaxtda nəzərə almalıdır.