Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağ və Şərqi Zəngəzurda da xidmət göstərəcək

İnfrastruktur
  • 10 mart, 2023
  • 07:20
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağ və Şərqi Zəngəzurda da xidmət göstərəcək

Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında” 10 yanvar 2020-ci il qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xidmət göstərdiyi ərazilərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri əlavə olunub.