Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin​ vətəndaşları qəbul edəcəyi tarix dəyişib

İnfrastruktur
  • 03 dekabr, 2015
  • 06:31
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin​ vətəndaşları qəbul edəcəyi tarix dəyişib

Bakı. 3 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dekabrın 25-də Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Komitədən "Report"a verilən məlumata görə, vətəndaş qəbulu dekabrın 11-də keçiriləcək.

Məlumata görə, qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək, görüşdə yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza, Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi ilə əlaqə saxlaya bilərlər.