Əli Əl-Əhməd: "Tikinti materialları üçün "Supply Pro" platforması yaradılıb"
- 21 may, 2026
- 11:06
Səudiyyə Ərəbistanında tikinti materialları üçün mərkəzləşdirilmiş "Supply Pro" platforması yaradılıb.
"Report" xəbər verir ki, bunu ölkənin Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Təklif tərəfinə gəldikdə isə, həm özəl sektordan olan daşınmaz əmlak developerləri ilə, həm də tikinti materialları istehsalçıları və tədarükçüləri ilə çoxlu əməkdaşlıqlar etmişik. 'Supply Pro' Səudiyyə Ərəbistanındakı genişmiqyaslı istehsalın səmərəliliyindən faydalanır. Bu o deməkdir ki, biz istehsalçı və tədarükçülərlə 1 000 ev üçün deyil, bir milyon ev üçün danışıqlar aparırıq; ən yaxşı qiyməti alır, tədarük zəncirimizi təhlükəsizliyə götürür və daşınmaz əmlak developerlərimizlə podratçılarımızın ən yaxşı qiymətləri əldə etməsi üçün bu müqavilələrdən yararlanmasını təmin edirik. Bu da son nəticədə mənfəət sahibi üçün evin qiymətində özünü büruzə verir.
Həmçinin həm yerli, həm də dünyanın dörd bir tərəfindən olan beynəlxalq daşınmaz əmlak developerləri ilə Səudiyyəyə gəlmələri üçün bir sıra müqavilələr imzalamışıq. Və bu, Səudiyyə Ərəbistanına gəlmək, bu mənzil layihələrindən kvota və ya pay almağa başlamaq istəyən çox sayda podratçı və daşınmaz əmlak developerinə bir dəvətdir. Bizi ziyarət etməyə, bizimlə birgə əyləşməyə və təklif edə biləcəyimiz imkanları görməyə gələ bilərsiniz, qapımız hər zaman üzünüzə açıqdır. Düşünürəm ki, Səudiyyə Ərəbistanı xalqına sərfəli mənzillərin necə çatdırılması ilə bağlı bir sıra metodologiyalar və biznes modelləri təqdim etmək, malik olduğumuz infrastrukturdan yararlanmaq üçün birlikdə işləyə bilərik. Bizim subsidiyalaşdırılmış torpaqlarımız, infrastrukturumuz və kreditlərimiz var", - deyə o qeyd edib.