Ekspert: "Şəhərlərin iqtisadiyyatında iqlim şəraiti mühüm amildir"

İnfrastruktur
  • 20 may, 2026
  • 11:06
Ekspert: Şəhərlərin iqtisadiyyatında iqlim şəraiti mühüm amildir

Şəhərlərin iqtisadiyyatında iqlim şəraiti mühüm amildir.

"Report" xəbər verir ki, bunu Avropa Kosmik Agentliyinin yaşıl keçid sahəsində verilənlərin tətbiqi üzrə alimi Francesca Elisa Leonelli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hava keyfiyyəti aşağı olan və ya temperaturun yüksək olduğu rayonlar daha az imkanlı ərazilərdədir: "Şəhərlərin iqtisadi artımına necə kömək edə biləcəyimiz barədə düşünsək, qeyri-rəsmi yaşayış məntəqələri mühüm bir aspektdir. Yer müşahidələri və peyk məlumatları həmçinin iqtisadi modernləşdirmə və artım baxımından müdaxilələrin ən çox harada lazım olduğunu göstərə bilər. Bu məlumatları digər təbəqə növləri ilə tutuşduraraq, biz həmçinin fərqli məlumatlar əldə edə bilərik. Məsələn, şəhərlərin genişlənməsi, salınmış ərazinin nə qədər artması ilə əhali artımı arasındakı əlaqə haqqında. Beləliklə, biz həmçinin şəhərin nə dərəcədə şaquli və ya üfüqi böyüdüyünü anlaya bilərik".

Qonaq əlavə edib ki, istilik məhsulları şəhər miqyasında istiliyin insanların həyatına harada daha çox təsir etdiyini anlamağa imkan verir: "Bu tip məlumat qərarlar və investisiyalar üzərində mühüm təsirə malikdir. Biz binaların yaşıl damlarla təchiz edilməsinin yerli iqlimə hansı təsir edəcəyini yoxlayırıq. Şəhər mərkəzində yaşıl dam qoymanın təsiri daha az ağac, daha az bitki örtüyü və daha çox torpaq örtülməsi olan yerlərdə xeyli yüksək olardı. Digər yaşayış məntəqələrinə getdikdə, təsir daha azdır, çünki artıq kifayət qədər çox bitki örtüyü var. Bunu özümüz anlaya bilsək də, bina səviyyəsində təsiri görmək maraqlıdır. Beləliklə, investisiyaları prioritetləşdirməli olan birinin yerinə özünüzü qoysanız, bu məlumatlandırıcı ola bilər".

44 - Tezliklə