Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
- 01 iyul, 2026
- 19:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan həm ölkə daxilində, həm də qonşu dövlətlərdə nəqliyyat infrastruktur layihələrinə əhəmiyyətli vəsait yatırıb və bu iş davam etdirilir.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı ölkənin iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib,
"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Qonşularla yaxşı münasibətlər bizə bütün tərəflərə fayda gətirən geniş əməkdaşlıq formatı yaratmağa imkan verib. Bu gün Azərbaycan üzərindən yükdaşımaların həcmi bütün istiqamətlərdə artır", - prezident vurğulayıb.
İlham Əliyev əlavə edib ki, yeni geosiyasi vəziyyət şəraitində dəniz ticarət limanlarının və dəmir yolu infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasına ehtiyac yaranıb.
"Bütün işlər öz maliyyə resurslarımız hesabına ciddi şəkildə qrafikə uyğun aparılır", - Prezident deyib.