Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti ləğv edilib

İnfrastruktur
  • 20 oktyabr, 2018
  • 22:20
Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti ləğv edilib

Bakı.21 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti 2011-ci il 18 iyul tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəziicra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi,xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər)məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri,onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarınınyanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları vəonların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi(limiti)”nin cədvəlinin 56-cı hissəsini ləğv edib.

"Report"xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qəraraəsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvarİdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti (say həddi3 avtomobil idi - red) ləğv edilib.

Qərarlahəmçinin Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər,təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında” NazirlərKabinetinin 2016-cı il 22 iyun tarixli qərarının 1-ci hissəsi (Büdcədən maliyyələşdirilənqurumlar) ləğv olunub.

 

 

44 filmi