Azərbaycanın dəmir yollarına investisiya qoyuluşu müzakirə edilib
- 27 iyun, 2021
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sını müzakirə etdik.
"Report"xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev "Twitter"də yazıb.
"Müzakirə zamanı investisiya qoyuluşu, rəqəmsal transformasiya, beynəlxalq nəqliyyat sisteminə inteqrasiya ilə bağlı təkliflər səsləndirildi."- o qeyd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sını müzakirə etdik. Müzakirə zamanı investisiya qoyuluşu, rəqəmsal transformasiya, beynəlxalq nəqliyyat sisteminə inteqrasiya ilə bağlı təkliflər səsləndirildi. pic.twitter.com/cIl5XEjIw9
— Rashad Nabiyev (@RashadNNabiyev) June 27, 2021