Con Alderdays: "Azərbaycanın nəqliyyat sektorunda UKEF-in sövdələşmələri üçün böyük potensial var"

İnfrastruktur
  • 29 oktyabr, 2025
  • 17:50
Con Alderdays: Azərbaycanın nəqliyyat sektorunda UKEF-in sövdələşmələri üçün böyük potensial var

Britaniya İxrac Kredit Agentliyinin (UKEF) Azərbaycanın nəqliyyat sektorunda iştirakı üçün böyük potensial var.

Bunu "Report"a müsahibəsində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays deyib.

O xatırladıb ki, UKEF Azərbaycanda ilk sövdələşməni tamamlayıb, Milli Aviasiya Akademiyası üçün Britaniyanın "L3Harris Commercial Aviation Solutions" şirkətinin istehsalı olan "Boeing 777" uçuş simulyatorunun alınmasını dəstəkləyib.

"Silk Way" şirkətlər qrupu ilə bağlanmış bu sövdələşmə Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin güclənməsini əks etdirir və hökumətlərimiz arasında mövcud olan sıx əməkdaşlığın nəticəsidir", - lord qeyd edib.

Ticarət nümayəndəsi vurğulayıb ki, sövdələşmə Böyük Britaniyanın qabaqcıl texnologiya və innovasiyaların inkişafına yönəlmiş yeni sənaye strategiyasına tam uyğundur.

"Sevindirici haldır ki, bu əməkdaşlıq aviasiya və infrastruktur layihələri ilə bağlı gələcək müzakirələrə yol açıb. "Silk Way" artıq UKEF ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib və mən agentliyin Azərbaycanda nəqliyyat, infrastruktur və rəqəmsal təşəbbüslərdə iştirakı üçün böyük potensial görürəm", - C.Alderdays əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Böyük Britaniya UKEF-in dəstəyi ilə 5 milyard funt sterlinq dəyərində kredit zəmanəti proqramı çərçivəsində ilk sövdələşməni uğurla həyata keçirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti