Çin Azərbaycanla aviareyslərin sayının artırılacağına ümid edir
- 10 sentyabr, 2026
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Azərbaycanla aviasiya əlaqələrinin daha da genişləndiriləcəyinə, ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın inkişaf etdiriləcəyinə ümid edir.
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin açılmasının 20 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Diplomat qeyd edib ki, ötən 20 il ərzində "China Southern Airlines" şirkətinin rahat marşrut şəbəkəsi sayəsində Çindən getdikcə daha çox müəssisələrin nümayəndələri, investorlar və turistlər Azərbaycana səfər edir, Cənubi Qafqaz bazarını öyrənir və yerli infrastrukturun, "yaşıl energetika"nin və rəqəmsal iqtisadiyyatın inkişafında iştirak edirlər.
"Eyni zamanda, Çinin inkişaf imkanlarını görmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlığı və mədəni mübadiləni dərinləşdirmək üçün "China Southern Airlines"aviaşirkətinin reysləri ilə ölkəyə uçuşlar həyata keçirən Azərbaycan vətəndaşlarının sayı da artmaqdadır. Ümid edirəm ki, "China Southern Airlines" şirkətinin Bakıdakı nümayəndəliyi yerli bazarı daha dərindən araşdırmaq, marşrutlarda xidməti optimallaşdırmaq, innovativ əməkdaşlıq modellərini tətbiq etmək, reyslərin tezliyini fasiləsiz olaraq artırmaq, daşımaların keyfiyyətini yüksəltmək və daha təhlükəsiz, səmərəli və rahat transsərhəd aviasiya dəhlizi yaratmaq üçün bu imkandan faydalanacaq", - L.Mey vurğulayıb.