BMT rəsmisi: "Şəhərlər iqlim dəyişiklikləri və texnoloji transformasiya kimi çağırışlarla üzləşir"
- 17 mart, 2026
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərlər iqlim dəyişiklikləri, enerji keçidi, nəqliyyat problemləri, urbanizasiya və texnoloji transformasiya kimi çağırışlarla üz-üzədir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın özəl sektoru WUF13 çərçivəsində qlobal platformada fəal iştirak edə bilər: "Şəhərlər yalnız memarlar və şəhərsalma mütəxəssisləri tərəfindən deyil, həm də bizneslərin gətirdiyi innovativ həllər, investisiyalar və insanların gözləntiləri ilə formalaşır. WUF13 hökumət qurumlarının, investorların, alimlərin, şirkətlərin və vətəndaş cəmiyyətinin bir araya gəldiyi açıq qlobal platformadır. Bu platforma şəhərlərin gələcəyini birlikdə formalaşdırmağa imkan verir".
A.Soave bildirib ki, hazırda dünyada 3 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində, 1 milyarddan çox insan isə formal yaşayış məntəqələrində yaşayır: "Bu reallıqlar insanların sağlamlığına, təhlükəsizliyinə və iqtisadi məhsuldarlığına ciddi təsir göstərir. Bununla yanaşı, şəhər inkişafı dövrümüzün ən böyük iqtisadi imkanlarından biri kimi qiymətləndirilir".