Bakıtkerey Alibekov: "Kurık və Bakı limanı sərnişin daşımalarının bərpasına hazırdır"

İnfrastruktur
  • 10 sentyabr, 2026
  • 12:21
Bakıtkerey Alibekov: Kurık və Bakı limanı sərnişin daşımalarının bərpasına hazırdır

Kurık və Bakı limanı sərnişin daşımalarının bərpasına hazırdır.

"Report" xəbər verir ki, bunu Kurık Limanının baş direktorunun müavini Bakıtkerey Alibekov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən Kurık limanı ilə Ələt limanı arasında "Dağıstan" tipli bərələrlə sərnişin daşımalarını həyata keçirilirdi: "COVİD19 pandemiyası yayılandan sonra, yəni 2020-ci ilin mart ayında sərnişin daşımaları dayandırıldı. O vaxtdan bəri limanlarımız arasında sərnişin daşımaları həyata keçirilmir".

O qeyd edib ki, hazırda sərnişin daşımalarının bərpası gündəmdədir: "Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə onlayn müşavirə keçiririk. Yəni bu istiqamətdə danışıqlar gedir".

O vurğulayıb ki, hər iki liman sərnişin daşımalarının bərpasına hazırdır.

44 - Tezliklə