Bakının mərkəzi yolları mərhələli şəkildə bağlanacaq
İnfrastruktur
- 29 mart, 2017
- 13:32
Bakı. 29 mart. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən "Azneft" meydanınadək olan hissəsində və Niyazi küçəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
"Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq", - məlumatda qeyd edilib.
Son xəbərlər
12:44
Foto
AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir
İnfrastruktur12:41
"Azəristiliktəchizat" aldığı qazın həcmini və ümumi dəyərini açıqlayıb
Energetika12:40
Yunanıstan və Azərbaycan idman sahəsində əməkdaşlığı genişləndirir
Xarici siyasət12:39
"Monako"nun futbolçusu Paris Brunner qol sevincinə görə iki oyunluq cəzalandırılıb
Futbol12:34
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini NDU-da davam etdirəcəklər
Elm və təhsil12:30
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Ekologiya12:30
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
İdman12:25
Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub, yollarda çatlar əmələ gəlib - YENİLƏNİB
Region12:19