Bakıda daha bir yolda rənglənmə işləri aparılacaq

İnfrastruktur
  • 06 aprel, 2017
  • 08:47
Bakıda daha bir yolda rənglənmə işləri aparılacaq

Bakı. 6 aprel. REPORT.AZ/ "Azəravtoyol” ASC Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərini davam etdirir.

Qurumdan "Report"a verilən məlumata görə, anoloji işlər bu gün saat 22:00-dan başlayaraq səhər saatlarına qədər paytaxtın Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağından - “20 Yanvar” dairəsinədək olan hissəsində də aparılacaq. 

“Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.