Türkiyənin Azərbaycana metal ixracından qazancı 3 %-dən çox azalıb

Biznes
  • 05 sentyabr, 2026
  • 17:30
Türkiyənin Azərbaycana metal ixracından qazancı 3 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 87,297 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % azdır.

Avqust ayında isə Türkiyə Azərbaycana 10,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,3 % azdır.

Yanvar-avqust aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,6 % artaraq 9,917 milyard ABŞ dollarına, avqust ayında isə 19,3 % artaraq 1,311 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 1 milyard 187,484 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,2 % çox), İtaliya 766,034 milyon ABŞ dolları (+9,6 %) və Bolqarıstan 676,721 milyon ABŞ dolları (+51,7 %) dəyərində həyata keçirib.

44 filmi