Bakıda bağlanan iki avtobus marşrutu işini bərpa edib
İnfrastruktur
- 16 iyun, 2016
- 06:10
Bakı. 16 iyun. REPORT.AZ/ Bakı şəhərində iyunun əvvəlində “Xaliq Faiqoğlu” şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub.
"Report"un əldə etdiyi məlumata görə, bağlanan üç marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafiklərini icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır.
Qeyd edək ki, adıçəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlanmayıb.
Xatırladaq ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyinin qərarı ilə şirkətə məxsus üç marşrut xəttinin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bu qərarını daşıyıcının Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdır.
Son xəbərlər
03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfəri keçib
Digər ölkələr00:23