Bakı-İslamabad aviareysinin açılışı təxirə salınıb
İnfrastruktur
- 14 avqust, 2015
- 07:16
Bakı. 14 avqust. REPORT.AZ/ Bakı-İslamabad aviareysinin açılışı təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, reys bu həftə baş tutmalı idi, lakin texniki səbəblərə görə müvəqqəti təxirə salınıb.
Səfir reysin yerinə yetirilməsinin yeni tarixini açıqlamayıb.
Qeyd edək ki, avqustun 12-dən "Türkiyə Hava Yolları" şirkətinə məxsus təyyarələr həftədə 2 dəfə İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirməli idi.
Aviauçuşların bərpa olunması haqqında razılıq Pakistanın prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunub.
Son xəbərlər
17:39
Avstraliyada üzgüçünün ölümündən sonra köpəkbalığının öldürülməsi barədə nadir qərar verilib
Digər ölkələr17:39
Bilgəhdə 2 nəfər dənizdə batıb
Hadisə17:29
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Hadisə17:12
Foto
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İnfrastruktur17:01
Foto
Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət17:00
Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Sənaye16:59
T-VINE: Bakı "Formula 1"in ən tanınmış məkanlarından birinə çevrilib
Formula 116:57
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
Ekologiya16:55