Bakı hava limanı ştat rejimdə çalışır
İnfrastruktur
- 14 yanvar, 2024
- 08:59
Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir.
Bu barədə "Report"a Aeroportun mətbuat xidmətindən bildirilib.
Kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır.
Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır.
Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.
Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir.
Son xəbərlər
12:31
Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik
Region12:24
Kavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz
Region12:21
Foto
Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
Fərdi12:21
"Azsığorta" I yarımili zərərlə başa vurub
Maliyyə12:16
Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub, digərləri üzrə iş aparılır
Region12:12
Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
Ekologiya12:05
Vaşinqton Bəyannaməsi: İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin beynəlxalq miqyasda təsdiqi
Analitika12:03
Foto
"Yay Fest 2026"nın iştirakçıları müasir şəhərlər və texnologiyalar barədə məlumatlandırılıb
Daxili siyasət11:56