Bakı Beynəlxalq Dəniz Ticarət Limanının "Yaşıl Liman" statusu alması ilə bağlı işlərə başlanılıb

İnfrastruktur
  • 04 aprel, 2018
  • 10:31
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Yaşıl Liman statusu alması ilə bağlı işlərə başlanılıb
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov
Report

Bakı. 4 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının "Yaşıl Liman" statusu alması ilə Avropa İttifaqı (Aİ) ilə birgə həyata keçirilən layihənin reallaşdırılmasına başlanılıb. 

Bunu "Report"a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

"Ötən həftədən iş başlayıb. Bu sertifikatlaşma prosesidir, limanda istifadə olunan avadanlıqdan tutmuş, ətraf mühitə zərər verib-verməməsindən asılı olaraq həyata keçirilən əməliyyatlar "Yaşıl Liman" statusuna uyğun olmalıdır. Aİ-nın layihəsi çərçivəsində bunu əldə etməyi hədəfləyirik", - o qeyd edib. 

Xatırladaq ki, söhbət “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihədən gedir.