“Azəryolservis”ə Qobustanda avtomobil yolunun tikintisi üçün 700 min manat ayrılıb

İnfrastruktur
  • 08 fevral, 2016
  • 14:33
“Azəryolservis”ə Qobustanda avtomobil yolunun tikintisi üçün 700 min manat ayrılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.