​"Azərsu"nun idarələrindən birinin hüquqi şəxs statusu ləğv edilib

İnfrastruktur
  • 21 oktyabr, 2015
  • 05:32
​Azərsunun idarələrindən birinin hüquqi şəxs statusu ləğv edilib

Bakı. 21 oktyabr.REPORT.AZ/ "Azərsu" ASC-nin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin hüquqi şəxs statusu ləğv edilib. "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu Nazirlər Kabinetinin 31 avqust 2015-ci il tarixli 292 saylı qərarı ilə qüvvəyə minib.

Qərara əsasən, ASC-nin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsi "Azərsu" ASC-yə birləşdirilib.

44 filmi