“Azərsu” dağıtdığı yolların təmiri ilə bağlı 3 mln dollarlıq tender keçirir

İnfrastruktur
  • 13 noyabr, 2021
  • 13:40
“Azərsu” dağıtdığı yolların təmiri ilə bağlı 3 mln dollarlıq tender keçirir

“Azərsu” ASC daxili vəsaiti hesabına onun tərəfindən Abşeron yarımadasında və Respublikanın regionlarında tikinti-quraşdırma və qəza-bərpa işləri həyata keçirilərkən ərazidə qazılmış asfalt örtüyünün bərpası işlərinin satın alınması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 20-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 28-i, saat 16:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 29-u, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.