Azərbaycanla Rusiya arasındakı yeni körpünün yanaşma yolları ilin sonuna qədər hazır olacaq

İnfrastruktur
  • 07 may, 2018
  • 13:01
Azərbaycanla Rusiya arasındakı yeni körpünün yanaşma yolları ilin sonuna qədər hazır olacaq

Bakı. 7 may. REPORT.AZ/ Rusiya tərəfi Rusiya-Azərbaycan dövlət sərhədində "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsi ərazisində Samur çayı üzərində tikilən yeni körpüyə yanaşma yolunun salınması işlərinin 2018-ci ilin sonuna qədər başa çatdırılmasını planlaşdırır.

Bu barədə "Report" "RİA Dağıstan"a istinadən xəbər verir.

Qeyd edək ki, obyektin tikintisinə 2017-ci il oktyabrın 18-də start verilib. Bütün xərcləri hər iki ölkə bərabər payla çəkir, yol salınmasının ümumi dəyəri isə 1,2 milyard rubl (3,252 milyon ABŞ dolları) təşkil edir. Eyni zamanda körpüyə yanaşma yollarının inşasını hər tərəf öz ərazisində müstəqil şəkildə həyata keçirir.

Rusiya və Azərbaycan arasında yeni transsərhəd avtomobil yolu körpüsü köhnə körpüdən 60 metr aralıda inşa ediləcək. Körpü nəqliyyat vasitələrinin pik saatlarında isə üçüncüsünün açılması imkanı ilə iki zolaqda hərəkəti üçün nəzərdə tutulub.