Azərbaycan Çexiya ilə nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb

İnfrastruktur
  • 06 may, 2026
  • 21:52
Azərbaycan Çexiya ilə nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Qeyd olunub ki, görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - nazir qeyd edib.

44 filmi