Azərbaycanın nəqliyyat sektorunda iyulda yükdaşıma tarifləri 2% düşüb
- 05 avqust, 2015
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə 1,5% ucuzlaşıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələr üzrə 4,8% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2% enib, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% artıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.