Azərbaycanın maliyyə naziri dövlət aviaşirkətinin özəlləşdirilməsinin əleyhinədir
- 02 oktyabr, 2015
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır".
"Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir", - nazir vurğulayıb.
İctimai nəqliyyat sektorunda isə özəlləşdirməyə gəlincə, S.Şərifov bu məsələyə baxa biləcəklərini deyib: "Bu sahədə özəl sektorun iştirakı artıq təmin olunub. Belə ki, yerüstü nəqliyyat demək olar ki, özəldir. Sadəcə olaraq, bu sahənin tənzimlənməsində müəyyən işlər görməliyik".