Azərbaycanda "Ümid Günəşi Suvarma Mərkəzi" bərpa olunur

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 13:44
Azərbaycanda Ümid Günəşi Suvarma Mərkəzi bərpa olunur

Azərbaycan beynəlxalq donorlar və özəl şirkətlərlə birlikdə "Ümid Günəşi Suvarma Mərkəzi"nin bərpası üzərində işləyir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.

Onun sözlərinə görə, mərkəzdə tullantı sularının əksəriyyəti təmizlənir və yaxın illərdə bu imkanların daha da genişləndirilməsi planlaşdırılır: "Biz bu mərkəzin gücünü artıraraq daha çox suyun təmizlənməsini və təkrar istifadəsini təmin etmək niyyətindəyik. Məqsəd həm içməli su, həm də kənd təsərrüfatı üçün əlavə resursların yaradılmasıdır".

Agentliyin nümayəndəsi qeyd edib ki, suyun təkrar istifadəsi və təmizlənməsi Milli Su Strategiyasının əsas innovativ istiqamətlərindən biridir, bu sahədə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti