Azərbaycanda su itkisinə təsir edən əsas səbəblər açıqlanıb

İnfrastruktur
  • 30 sentyabr, 2025
  • 18:26
Azərbaycanda su itkisinə təsir edən əsas səbəblər açıqlanıb

Azərbaycanda bəzi hallarda bir evə qoşulan iki su xəttindən yalnız birində sayğacın olması qeyri-qanuni istifadəyə səbəb olur.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

"Bu isə ümumi su itkilərinin artmasına gətirib çıxarır", - İ.Bayramov bildirib.

Onun sözlərinə görə, sayğaclarda yaranan problemlərin əsas səbəbi onların istismar müddətinin başa çatmasıdır:

"Bundan əlavə, köhnəlmiş infrastrukturdan qaynaqlanan sızmalar və qəza halları da su itkilərinə təsir göstərir. Azərbaycanda su ehtiyatlarının məhdudluğunu nəzərə alaraq, bu itkilərin azaldılması istiqamətində işlər görülür".

İ.Bayramov hesab edir ki, qəbul edilən suyun şəbəkəyə verilməsi və rayonlara çatdırılması mərhələlərində uçotun dəqiqləşdirilməsi, həmçinin bütün sahələrdə sayğaclaşmanın təmin edilməsi prioritet məsələlərdəndir.

Son xəbərlər

Bütün Xəbər Lenti