Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
- 12 avqust, 2026
- 03:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bab əl-Məndəb boğazında husilərin "Ənsar Allah" hərəkatı döyüşçülərinin "Tihama" gəmisinə raket zərbəsi nəticəsində ölənlərin sayı altıya çatıb, daha 10 nəfər yaralanıb.
"Report"un SABA agentliyinə istinadən məlumatına görə, bu barədə Yəmənin Sahil Mühafizəsi bildirib.
"İlkin məlumatlara görə, dörd heyət üzvü: üç pakistanlı və bir indoneziyalı, eləcə də ikinci hərbi-dəniz briqadasının iki hərbçisi həlak olub", - açıqlamada bildirilir.
Yaralanan 10 nəfər arasında yeddi heyət üzvü, iki sahil mühafizəsi əməkdaşı və bir hərbçi var.
Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.
Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.
Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.