Azərbaycanda ötən ay sudan qanunsuz istifadə ilə bağlı 787 fakt aşkarlanıb

İnfrastruktur
  • 09 mart, 2022
  • 11:51
Azərbaycanda ötən ay sudan qanunsuz istifadə ilə bağlı 787 fakt aşkarlanıb

Bu ilin fevral ayında “Azərsu” ASC içməli sudan qanunsuz istifadə ilə bağlı 787 fakt aşkarlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, bunların 727-si Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 60-ı regionlarda qeydə alınıb. Bu hallar üzrə müvafiq olaraq 204 min və 13 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Bakı şəhəri üzrə ən çox fakt Binəqədi rayonunda aşkarlanıb.

Ümumilikdə bu ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” 1 291 fakt aşkarlayıb. Bunların 1 198-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 93-ü regionlarda qeydə alınıb. Bu hallar üzrə müvafiq olaraq 322 min və 21 min kubmetr həcmində sərfiyyat bərpa olunub.