Azərbaycanda Malay-Yevlax dəmir yolu əsaslı təmir olunur
- 07 avqust, 2017
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolunun Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 328 km dəmir yolu əsaslı təmir olunub.