Azərbaycanda keçiriləcək COP29 Misir səfiri ilə müzakirə edilib

İnfrastruktur
  • 09 fevral, 2024
  • 08:43
Azərbaycanda keçiriləcək COP29 Misir səfiri ilə müzakirə edilib

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Misir səfiri ilə müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, səfir Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşdə həmçinin ölkədə şəhərsalma sahəsində gerçəkləşən irimiqyaslı layihələrlə bağlı müzakirələr aparılıb, 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyətindən danışılıb, bu ilin noyabrnda Qahirədə baş tutacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF12) hazırlıq məsələlərinə toxunulub, müxtəlif istiqamətlərdə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.