Azərbaycanda aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib

İnfrastruktur
  • 19 may, 2023
  • 15:09
Azərbaycanda aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib

Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyəti və onun gələcək inkişaf strategiyası qiymətləndirilib.

"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Bu məsələlər Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında müzakirə olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən iclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.

İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin edilməsi üzrə tədbirlər görülüb.

İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.

44 filmi