Azərbaycanda 6 km-ə yaxın dəmir yolunun əsaslı təmirinə başlanılıb

İnfrastruktur
  • 12 mart, 2018
  • 10:23
Azərbaycanda 6 km-ə yaxın dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 12 mart. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb. 

"Report" Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY və Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanmışdır. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 470 km dəmir yolu əsaslı təmir olunub.