Azərbaycanda 2 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub
- 06 sentyabr, 2024
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarının qaliblərini müəyyən edib.
"Report" AYNA-ya istinadən xəbər verir ki, sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – "Azadlıq prospekti" metro stansiyası) marşrut üzrə hüquqi şəxs "F.Rövşən" istehsalat müəssisəsi və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs "Xan Nəqliyyat" MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.