Azərbaycan və Özbəkistan tranzit daşımalarının artırılmasını istəyir

İnfrastruktur
  • 14 fevral, 2023
  • 14:04
Azərbaycan və Özbəkistan tranzit daşımalarının artırılmasını istəyir

Azərbaycan və Özbəkistan əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsini istəyir.

"Report" xəbər verir ki, bu məsələlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Özbəkistan nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə edilib.

ASCO sədrinin birinci müavini Mübariz Cabbarov qonaqlara şirkətin 165 illik zəngin tarixi və göstərdiyi çoxprofilli xidmətlər haqqında ətraflı məlumat verib. O, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, eləcə də Transxəzər Beynəlxaq Nəqliyyat Marşrutu üzrə daşımalarda ASCO-nun rolundan da danışıb.

44 - Tezliklə