Azərbaycan və IFC infrastruktur layihələrinə dair əməkdaşlığı müzakirə edib
- 26 yanvar, 2023
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq müzakirə edilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, o cümlədən aviasiya, hava limanları, dəmir yRəolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o əlavə edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, o cümlədən aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. pic.twitter.com/4SJrh6fv9w
— Rashad Nabiyev (@RashadNNabiyev) January 26, 2023